Martın 1-də saat 22.00 radələrində Qazax rayonu ərazisində, Sənan Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla, Məmməd Şərifovun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu toqquşub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə Sənan Paşayevin sərnişinlərindən Araz Quliyev hadisə yerində ölüb.
Xəsarət almış digər sərnişin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.