Gənc qız dərmandan zəhərləndi, vəziyyəti ağırdı
28 iyul 2019 21:50 (UTC +04:00)

Gənc qız dərmandan zəhərləndi, vəziyyəti ağırdı

 
 
 
 
 
Qazax rayonunda 18 yaşlı qız dərman içərək zəhərlənib. 
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Samirə bir çox həb qəbul edib. 18 yaşlı qız özünü pis hiss etdiyindən yaxınları tərəfindən Qazax Rayon Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə, S.Əliyevanın vəziyyəti ağırdır.
 
Onun hansı səbəbdən bir neçə həbi qəbul etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836
avatar

Oxşar yazılar