Qaynanasını soyan kürəkən həbs edildi
22 yanvar 2015 11:47 (UTC +04:00)

Qaynanasını soyan kürəkən həbs edildi

 

Şəmkir rayonunda keçmiş kürəkən qayınanasının mənzilindən külli miqdarda pul oğurlayıb. Lent.az-ın məlumatına görə, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib.

 

Məlumata görə, Şəmkir rayon Düyərli kənd sakini Dursun Aslanovanın mənzilindən 2 min manat oğurlanıb. Rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, Tovuz rayon sakini Ramil İsgəndərov saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs zərərçəkən Dursun Aslanovanın keçmiş kürəkənidir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171

Oxşar yazılar