Qaxda 16 yaşlı qız bıçaqlandı
11 avqust 2019 20:58 (UTC +04:00)

Qaxda 16 yaşlı qız bıçaqlandı

0

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Zəyəm kənd sakini, 2003-cü il təvəllüdlü Aygün Məmmədova (ad şərtidir) qarın boşluğunda iki bıçaq yarası xəsarəti ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən verilən məlumatda bildirilir ki, A.Məmmədova xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1617

Oxşar yazılar