Qardaş bacısını bıçaqladı
Yeni Suraxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, ailə münaqişəsi zəmnində qardaş bacısı, 1989-cu il təvəllüdlü Əliyeva Səbinə Vaqif qızına bıçaqla xəsarət yetirib.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan S.Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
937