Qardabanidə şeyx Vaqifə qarşı daha bir etiraz aksiyası
16 yanvar 2013 23:41 (UTC +04:00)

Qardabanidə şeyx Vaqifə qarşı daha bir etiraz aksiyası

Yanvarın 16-da  azərbaycanlıların sıx  yaşadığı Qardabani şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Vaqif Əkbərova qarşı daha bir etiraz aksiyası keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada Qardabaninin ətraf kəndlərindən, Marneulidən, Rustavidən, Dmanisidən, Tiflisdən, Msxeta və Kaspi rayonlarında azərbaycanlılar yaşayan kəndlərdən dindarlar, ruhanilər və ictimaiyyət nümayəndələri, ziyalılar,  gürcü televiziya jurnalistləri iştirak ediblər. Tədbiri Qardabani məscidinin axundu Hacı Namiq Xəlilov açaraq aksiyanın vacib bir tədbir olduğunu, ümumilikdə bölgədə yaşayan müsəlmanların istəyini ifadə etdiyini bildirib. Aksiyada  Gürcüstan Müsəlmanları Ali Dini Şurası tərəfindən şeyx vəzifəsinə seçilən və xalq tərəfindən dəstəklənən Mirhüseyn Əsədov, Gürcüstan Müsəlmanları Ali Dini Şurasının sədri Hacı Əziz Nəbiyev, sünni məzhəbinin baş müftisi seçilən Namiq Əliyev, Qardabaninin Candar kəndinin ağsaqqalı Seyid Yəhya Miriyev, Marneuli İmam Əli adına məscidin axundu Hacı Hacıyev, Tiflisdən gələn ictimaiyyət nümayəndəsi Zura Xublaşvili, jurnalist Abay Paşayev, Qardabanı şəhər sakini Allahyar Yusubov, Aşıq Aslan Kosalı, dindar Hacı Məhəmməd və başqaları çıxış edərək keçmiş hakimiyyət nümayəndələrinin dəstəyi ilə qanunsuz olaraq şeyx vəzifəsinə təyin olunan Vaqif Əkbərovun fəaliyyət göstərməsini pisləyib və etiraz olaraq onun istefasını tələb ediblər. Çıxışçılar qeyd ediblər ki, dini bilməyən, ali savadı olmayan və həbsxana həyatı keçirən bir şəxsin Gürcüstan Müsəlmanları İdarəsinə (GMİ) şeyx vəzifəsinə təyin edilməsi səhv addım olub və bu keçmiş hakimiyyətin ən başlıca səhvlərindən biridir.

 

Gürcüstan Müsəlmanları Ali Dini Şurası tərəfindən seçilən şeyx Mirhüseyn Əsədov çıxışında keçmiş hakimiyyətin yaratdığı GMİ təşkilatının rəhbərinin təyin olunmasına qarşı mübarizə apardıqlarını və on minə qədər etiraz imzası topladıqlarını bildirib: “Şeyx vəzifəsinə Ali Dini Şura irəli sürülən namizədi seçməli idi. Lakin hökumət adamları 6 ay şura üzvləri ilə danışıqlar apardıqdan sonra, şura üzvlərini aldadıb şeyx vəzifəsinə Vaqif Əkbərovu təyin etdilər.  Bu bir qrup insanın işi idi. Onlar Gürcüstanda müsəlmanları bölmək, müsəlman dinini siyasiləşdirmək və bundan seçkilərdə istifadə etmək istəyirdilər. Lakin parlament seçkilərində onların arxasında duran az oldu və keçmiş hakimiyyət Vaqif Əkbərovdan istifadə edə bilmədi. Çünki o, müsəlmanlar qarşısında verdiyi sözlərə əməl etmədi. Hazırda məscidlərimiz qeydiyyatdan keçməyib. O, həmişə cəmiyyət qarşısında gəlişi gözəl sözlərlə çıxışlar edir. Din sahəsində olduqca çox problemlərimiz mövcuddur. Biz söz veririk ki, dinimizin inkişafı ilə məşğul olacağıq”.

 

Gürcüstan Müsəlmanları Ali Dini Şurası tərəfindən baş müfti vəzifəsinə seçilən Namiq Əliyev çıxışında GMİ-yə rəhbərliyinə şeyx və müfti vəzifələrinə keçirilən indiki seçkini demokratik adlandırıb. “Biz hər iki məzhəbin inkişafına nail olmalı, məscidlərimizin din yolunda inkişafını təmin etməliyik”.

 

Gürcüstan Müsəlmanları Ali Dini Şurasının sədri Hacı Əziz Nəbiyev imtahan qarşısında olduqlarını və keçmiş şeyx Vaqif Əkbərovun təxribat xarakterli çıxışlar etdiyini bildirib. “Onların mənəvi haqqı yoxdur, dini inanclarımız təhqir olunur. Biz bu gün aidiyyəti olan orqanlara, xüsusilə reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinə müraciət edir və bu məsələnin tezliklə həll edilməsini tələb edirik. Çünki, bu xalqın seçimidir”.

 

Aksiyada etiraz tədbirlərinin Gürcüstan paytaxtında davam etdiriləcəyi bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19