Lent.az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin uyğun qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkar olunub. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 2 ədəd istifadə üçün yararlı 100 mm-lik tank əleyhinə mərmi olduğu müəyyən olunub.
Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilmək üçün poliqona aparılıb.