Qaradağda qaz xəttində sızma oldu, bir avtomobil yandı
03 mart 2013 12:49 (UTC +04:00)

Qaradağda qaz xəttində sızma oldu, bir avtomobil yandı

0

Bakının Qaradağ rayonunda magistral qaz xəttində sızma baş verməsi nəticəsində yanğın olub.

 

APA-nın Fövqəaldə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayon ərazisində N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus magistral qaz xəttində sızma baş verib.

 

Sızma nəticəsində ətrafa yayılmış qaz ərazidən yük avtomobilinin keçməsi ilə alovlanıb. Ərazidən keçən "UAZ" markalı yük avtomobili yanıb.

 

Hadisə yerinə dərhal FHN-nin qüvvələri cəlb olunub. Ərazidən keçən digər magistral qaz xətləri yanğından mühafizə edilib.

 

Yanğın gecə saatlarında söndürülüb.

Xəsarət alan yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1016

Oxşar yazılar