Qaradağda neft buruğu yanğından qorunub
02 iyul 2013 06:37 (UTC +04:00)

Qaradağda neft buruğu yanğından qorunub

Şabran şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanıb.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Ağsuda vətəndaşa məxsus "Sezar" şadlıq evinin ərazisində ümumi sahəsi 8 kv.m olan tikilinin tavanı 3 kv.m sahədə və tikilinin içərisində yerləşən 1 ədəd generator yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaradağda bələdiyyəyə məxsus dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı neft buruğu yanğından qorunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir rayonu, Kür qəsəbəsində Şəmkir Su Elektrik stansiyasının ərazisində yerləşən 1-ci platinasında su nasosunun sarğıları yanıb. Ərazidə yerləşən digər nasos və qurğular yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 715
avatar

Oxşar yazılar