Qaradağda ev yanıb
26 aprel 2013 18:21 (UTC +04:00)

Qaradağda ev yanıb

0

 

Bakıda yaşayış evi yanıb. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Buta qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 24 yaşlı Seymur Rüstəmovun evində baş verən yanğına qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

 

Yanğın zamanı ev sahibi S. Rüstəmov yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar