Bakıda mənzildən çoxlu qızıl oğurladılar
Bakı şəhərinin Yasamal rayonu ərazisində mənzildən xeyli miqdarda qızıl oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1-ci Alatava qəsəbəsində 1980-ci il təvəllüdlü Sarıyev Turqay Əkbər oğlunun mənzilinə naməlum şəxs və ya şəxslər soxulub. T.Sarıyev polisə bildirib ki, evin yataq otağından 9 min manat dəyərində olan qızıl-zinət əşyaları aparılıb.
T.Sarıyev onu da qeyd edib ki, yanvarın 15-də saat 11-dən 17-dək evdə olmayıb. O bayır qapısını bağlasa da mənzillərin qapısını açıq qoyub. Hadisəni törədən şəxs də böyük ehtimalla daş hasardan enərək mənzilə daxil olub.
Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilir.