
Qanunsuz silah tapıldı
0
0
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu Göyəlli kənd sakini 48 yaşlı Arif Tağıyevin yaşadığı ünvandan bir ədəd tək lüləli üzərində uzaq məsafə görmə cihazı olan (5 atılan) silah aşkar olunaraq götürülüb.
0
0