Bir gündə 13 yaralı -<span style="color:red;"> YOL QƏZALARI
11 oktyabr 2014 13:09 (UTC +04:00)

Bir gündə 13 yaralı - YOL QƏZALARI

Dünən Azərbaycanda baş verən qəzalarında 13 nəfər yaralanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə. Tərtər rayonunun Dördyol qəsəbəsində Bərdə rayon sakini Ramin Qasımovun idarə etdiyi “QAZ-21” və Kəlbəcər rayon sakini Umudvar Qurbanovun idarə etdiyi “QAZ-5312” markalı avtomobillər toqquşub. R.Qasımovun 1 sərnişini, U.Qurbanovun 1 sərnişini, habelə hadisə yerinin yaxınlığında olan Kəlbəcər rayon sakini Ramiz Nəsibov xəstəxanaya yerləşdirilib.

 

Şəmkir rayonunun Qasımallar kəndində Gəncə şəhər sakini Elvin Bayramovun və Gədəbəy rayon sakini Təhmiraz Cavadovun  idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. E.Bayramovun 2 sərnişini, habelə T.Cavadovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Bənzər hadisə Xəzər rayonda qeydə alınıb. Qala qəsəbəsində şəhər sakinləri Bahadur Zahidovun idarə etdiyi “Ford” və Yalçın Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Y.Məmmədov və 3 sərnişini xəstəxanaya yerləşdirilib. 
 

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində Tovuz rayon sakini Arzu Sadıqov idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən 50-55 yaşlı qadını vurub. Qadın xəstəxanaya yerləşdirilib.  

 

Nərimanov rayonu M.Araz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Əhmədov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Siyəzəndə isə zəncirvari qəza baş verib. Ağstafa rayon sakini Zakir Piriyevin idarə etdiyi “Mercedes”, Siyəzən şəhər sakini Zamiq Cəfərovun idarə etdiyi “Hyundai” və Rusiya Federasiyası vətəndaşı Şərif Hacıoğlanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Ş.Hacıoğlanov xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857

Oxşar yazılar