Azərbaycanın böyük İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dünən axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, Hacı Mirəziz Seyidzadənin yaxınlarının modern.az-a verdiyi xəbərə görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub.
Qeyd edək ki, dünən axşam mərhumun cənazəsi doğulub boya-başa çatdığı Türkoba kəndinə aparılıb.
Hacı Mirəziz Seyidzadə bu gün saat 11:00-da həmin kənddə dəfn olunacaq.
Allah rəhmət eləsin!