Qadının evində meyiti tapıldı
Astarada 61 yaşlı qadının mənzilində meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.
Kənd sakini, 1958-ci il təvəllüdlü Briliyant Quliyeva evində ölü tapılıb.
Hüquq-mühadizə orqanları hadisə yerinə baxış keçirib və meyitin xarici müayinəsi aparılıb. B. Quliyevanın 3-4 gün əvvəl öldüyü məlum olub. Onun bədənində hər hansı bir xəsarət aşkarlanmayıb. Onun şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
759