İrandan Azərbaycana gələn qadının çantasından narkotik maddə tapılıb. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Xavər Cahangirova gömrük nəzarətindən keçərkən onun əl çantasından 8 ədəd həb şəklində olan “Metadone-40” adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, “Metadone-40” adlı dərman preparatı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr”in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,32 qram təşkil edir.