Mayın 12-də Xaçmaz rayonunun Hülövlü kənd sakini Məsumə Qasımovanın evinə açıq qalmış qapıdan girən naməlum şəxslər onu bıçaqla hədələyərək, pul verməsini tələb edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ev sahibi pulunun olmadığını bildirdikdə isə onlar hadisə yerini tərk ediblər.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Sadıqov və Taleh Cavadov müəyyən edilərək tutulublar.