Qadına 9 il 6 ay həbs
03 dekabr 2014 12:49 (UTC +04:00)

Qadına 9 il 6 ay həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rübabə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə, R. Quliyeva 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, R. Quliyeva Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, bir neçə sahibkarın etimadını qazanaraq, onların külli miqdarda pulunu dələduzluq yolu ilə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115

Oxşar yazılar