APA TV-nin məlumatına görə, Bakı şəhər sakini, 33 yaşlı Jalə Əliyevanın idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək dəmir maneəyə çırpılıb. Nəticədə sürücü Jalə Əliyeva və onun sərnişini 40 yaşlı Şabran rayonu, Şahnəzərli kənd sakini Sevda Ələkbərova müxtəlif dərəcəli xəsarətlər alaraq, Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisənin dəqiq başvermə səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində aparılan araşdırmaların sonunda məlum olacaq.