Arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə İ. Məşədiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, İ.Məşədiyevin həyat yoldaşı Şəriyyə öz işində olan problemlərini ona danışıb. İ. Məşədiyev isə "bəsdir, bezdirdin məni" deyərək əsəbiləşib. Əlində bıçaqla onu itələyib və təsadüf nəticəsində bıçaq ona dəyib.
Onların iki övladı var. Arvadı Ş. Məşədiyeva məhkəməyə müraciət edərək günahın özündə olduğunu, həqiqətən də ərini çox yüklədiyini şikayətçi olmadığını deyib.