Həmcinsləri fahişəliyə cəlb etməkdə təqsirləndirilən İrina Qəmbərova birinci instansiya məhkəməsinin hökmündən şikayət verib. Lent.az-ın məlumatına görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun icraatına verilib. İlkin baxış iclası aprelin 25-ə təyin edib.
Qeyd edək ki, İ.Qəmbərova ötən il insan alverində təqsirli bilinərək saxlanılıb. İttiham görə, o həmcinslərini fahişəliyə cəlb edib. O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri-iki və ya daha çox şəxs barəsində törədildikdə) və 144-1.2.5-ci (insan alveri-qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib.