Qaçqınlara pul atanların məhkəmə hökmü geri qaytarıldı
03 may 2016 15:06 (UTC +04:00)

Qaçqınlara pul atanların məhkəmə hökmü geri qaytarıldı

0

Bakı Apellyasiya Məhkəməsində qaçqın və məcburi köçkünlərə qarşı dələduzluqda təqsirləndirilən Tahirə Əliyeva, Vasif Hüseynov və Hüseyn Bağırovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Hakimlər kollegiyasının qərarına əsasən iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Onlar Bakı şəhər sakinlərin etimadını qazanaraq məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqları vəd etsələr də, verdikləri sözü tutmayaraq dələduzluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Hüseyn Bağırov 10 il, Tahirə Əliyeva 9 il, Vasif Hüseynov 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar