Putin Atom sualtı qayığında həlak olanların ailəsinə başsağlığı verdi
02 iyul 2019 22:08 (UTC +04:00)

Putin Atom sualtı qayığında həlak olanların ailəsinə başsağlığı verdi

 
 
Rusiya prezidenti Vladimir Putin  Barens dənizində Atom sualtı qayıqda baş verən yanğın hadisəsi  ilə bağlı müdafiə naziri Sergey Şoyqu iə görüşüb.
 
APA nın Moskva bürosunun verdiyi məlumata görə, ölkə başçısı müdafiə nazirinə hadisə yerinə getməyi və hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyi tapşırıb.  
 
Rusiya prezidenti sualtı qayıqda həlak olan 14 nəfərin yaxınlarına baş sağlığı verib. O, baş vermiş hadisəni böyük itki adlandırıb: "Həlak olanlardan 7 nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiyanın qəhramanıdır".
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz  Filotilyasına daxil olan elmi-tədqiqat gəmisində yanğın nəticəsində 14 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845
avatar

Oxşar yazılar