Qubada oğrular saxlanılıb.
Bu baradə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 300 manat və televizor oğurlamaqda şübhəli bilinən şəhər sakinləri F.Hacıyev və İ.Qurbanov saxlanılıblar.