Yanvarın 8-də Qusar rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qusar şəhər sakini 1950-ci il təvəllüdlü Nəzirov Mübariz Kəlbi oğlu özünü yaşadığı evin giriş qapısından asıb. 63 yaşlı kişinin meyiti qapının tirindən asılı vəziyyətdə tapılıb.
Məlumata görə, intihar etmiş şəxs uzun müddət xəstəlikdən əziyyət çəkib. Təzyiq və prostat vəzinin şişi kimi xəstəliklərlə mübarizə aparan Qusar sakini bir neçə dəfə intihara da cəhd edibmiş.
Fakt üzrə araşdırmalar davam etdirilir.