Prokurorluq Sevinc Babayevanın ölüm səbəbini açıqladı
14 may 2013 16:29 (UTC +04:00)

Prokurorluq Sevinc Babayevanın ölüm səbəbini açıqladı

Baş Prokurorluq Sevinc Babayevanın ölüm faktı ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər prokurorluğunda Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci, Sevinc Babayevanın isə həmin məcəllənin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq edilən cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyə Respublikasına ezam olunub.

 

S.Babayevanın “Medicana International İstanbul Hospital” xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatıb və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.

 

Ekspertiza təhqiqatları nəticəsində S.Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4406
avatar

Oxşar yazılar