Prokuror polis polkovnikini və oğlunu güllələyənə ömürlük cəza istədi
05 dekabr 2014 12:29 (UTC +04:00)

Prokuror polis polkovnikini və oğlunu güllələyənə ömürlük cəza istədi

Bu gün Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirli bilinən 1959 cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Rahim Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Gülağa Lətifovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Proses dekabr 15-də davam etdiriləcək

 

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Nəticədə F.Qədirov və Y.Alpaşeyev dünyasını dəyişib. Suraxanı rayon Polis İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Akif Nəzərov, eləcə də, onun oğlu, polis leytenantı Asif Nəzərov isə yaralanıb.

İstintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında xeyir-şər evinin tikilməsi adı altında tikinti işləri aparmağa başlayıb. Həmin torpaq sahəsinə özbaşına xeyli miqdarda mişar daşları və qum tökdürüb.

Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Tikinti işləri başlanan zaman qəsəbə sakinləri Fərid Qədirov, Akif Nəzərov, Asif Nəzərov və Yusif Alpaşayev ondan bu hərəkətlərinə son qaymağı tələb ediblər. Onun tökdürdüyü mişar daşlarını meydançanın kənarına yığarkən Gülağa Lətifov özünə məxsus “Nissan-Juke” markalı 90 SK 207 dövlət nömrə nişanlı avtomaşınla ora gəlib. Tikinti işləri aparmasına imkan vermədiklərinə görə onlarla mübahisə edib.

Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya imumi təhlükəli üsülla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140

Oxşar yazılar

Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

8 fevral 2025 , 17:57