Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə çıxış edən prokuror M. İmanlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra prosesdə çıxış edən M. İmanlının vəkilləri müdafiə etdikləri şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. M. İmanlı isə məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edib. Daha sonra hakimlər hökmü elan ediblər. Hökmə əsasən, M. İmanlı barəsində Cinayət Məcəlləsinin 311-ci(rüşvət alma) maddəsi 178-ci maddəsinə (dələduzluq) tövsif edilib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, M. İmanlı külli miqdarda rüşvət alan zaman cinayət başında saxlanılıb. BDU-nun hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, M. İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40 000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
M. İmanlının yaşadığı evə baxış keçirilərkən sonuncu Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40 000 (qırx min) manat pulu təqdim edib, həmçinin yaşadığı evdən müxtəlif əsginaslarla ümumilikdə 79 300 (yetmiş doqquz min üç yüz) ABŞ dolları, 61 260 (altmış bir min iki yüz altmış) manat, 13.020 (on üç min iyirmi) avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
****
Saat 16.12
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın məlumatına görə, prosesdə çıxış edən prokuror M. İmanlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra prosesdə söz vəkillərə verilib. Hazırda proses davam etdirilir.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, M.İmanlı külli miqdarda rüşvət alan zaman cinayət başında saxlanılıb. BDU-nun hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.