Jurnalistin məhkəmə istintaqı başa çatdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqı başa çatıb. Çıxış üçün söz dövlət ittihamçısına verilib.
O,çıxışa hazır olmadığından məhkəmə prosesi dekabrın 16-da davam edəcək.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunu