Prokuror 1 milyon manatlıq dələduzluq edənlərə cəza istədi
17 iyul 2019 11:51 (UTC +04:00)

Prokuror 1 milyon manatlıq dələduzluq edənlərə cəza istədi

0
 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı A.Qədirovun 12, E.Məmmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
 
Proses iyulun 19-da davam edəcək.
.
Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 543

Oxşar yazılar