Prezident Şirvandakı Bayraq Meydanı ilə tanış olub
01 iyul 2013 21:40 (UTC +04:00)

Prezident Şirvandakı Bayraq Meydanı ilə tanış olub

Prezident İlham Əliyev iyulun 1-də Şirvan şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

 

Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şirvanda da yeni yaradılmış Bayraq Meydanı Heydər Əliyev prospektində, Şirvan şəhərinin giriş hissəsində yerləşir. Meydanın ümumi ərazisi 1,3 hektar, bayraq dirəyinin hündürlüyü 76 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himninin mətni və dövlət gerbi əks olunub.

 

Bildirilib ki, meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilib. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınıb. Burada 6 minə yaxın ağac, müxtəlif növ gül və bəzək kolları əkilib, beş min kvadratmetr sahədə çəmənlik salınıb, mərmər plitələr döşənib, müasir oturacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Şirvan Bayraq Meydanında şəhər sakinlərinin istirahəti üçün hər cür şərait var.

 

Dövlət başçısı Bayraq Meydanında yaradılmış şəraiti yüksək qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1256
avatar

Oxşar yazılar