Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı teleqramı göndərib. Lent.az-ın məlumatına görə, dövlət başçı başsağlığı teleqramında Tehran-Qum yolunda baş vermiş ağır nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu son dərəcə kədərləndirdiyini qeyd edib: “Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.