Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi
18 avqust 2015 16:13 (UTC +04:00)

Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi

0

 

Prezident İlham Əliyev İndoneziyanın  prezidenti Coko Vidodoya başsağlığı verib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir:

 

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 157

Oxşar yazılar