Prezident İlham Əliyev beynəlxalq idman qurumlarının rəhbərlərini qəbul edib
03 may 2013 16:24 (UTC +04:00)

Prezident İlham Əliyev beynəlxalq idman qurumlarının rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cüdo Federasiyasının prezidenti Marius Vizeri və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, “Formula 1”də Ferrari komandasının baş idman direktoru Jan Todu qəbul edib. Lent.az-ın məlumatına görə,
görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, idmanın bütün sahələrinin inkişafı üçün yaradılan infrastruktur layihələrinin önəmi qeyd olundu, ölkəmizdə avtomobil idmanı növlərinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.


Azərbaycandakı müvafiq qurumlarla Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Cüdo Federasiyasının prezidenti Marius Vizerin və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, “Formula 1”də Ferrari komandasının baş idman direktoru Jan Todun Azərbaycana səfərinin bu təşkilatlarla ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar