Prezident Astaradadır - YENİLƏNİB
05 sentyabr 2013 14:38 (UTC +04:00)

Prezident Astaradadır - YENİLƏNİB

Prezident İlham Əliyev sentyabrın 4-də respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonuna səfər edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Astara şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
  Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət başçısına məlumat verib ki, son illərdə Heydər Əliyev Parkı sakinlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Parkda istirahət üçün hərtərəfli şərait yaradılıb.

 

Prezident İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub.
Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həkim Aytən Şiriyeva tibb ocağının müasir tələblər səviyyəsində istifadəyə verilməsinə və bütövlükdə Astaranın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə rayon sakinlərinin minnətdarlığını çatdırıb.
Sonra xatirə şəkli çəkdirilib.

****

 

Prezident İlham Əliyev sentyabrın 4-də Gilan İdman Klubu tərəfindən Astaranın Ərçivan qəsəbəsində inşa edilmiş Boks Mərkəzinin, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında və həmçinin, Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunmuş xidməti binalar kompleksinin açılışında iştirak edib.

 

# 1318
avatar

Oxşar yazılar