Polşadan narkotik gətizdirən DTX-nın təcridxanasından çıxarılır
27 iyun 2018 18:42 (UTC +04:00)

Polşadan narkotik gətizdirən DTX-nın təcridxanasından çıxarılır

Qaçaqmalçılıq yolu qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən  şəxsin anket məlumatları yenidən dəqiqləşdirilib.

 

Daha sonra təqsirləndirilən şəxs vəsatət qaldıraraq saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanasına köçürülməsini istəyib.

 

Vəsatət təmin edilib.

 

Məhkəmə baxışı iyulun 6-a təyin edilib.

 

Qeyd edək ki, Ç.Murarov qaçaqmalçılıq yolu ilə Polşadan Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinir. O, DTX əməkdaşları tərəfindən saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar