Polşa Sərhəd Xidmətinin əməkdaşları Rusiya vətəndaşı olan iki azərbaycanlını saxlayıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Varminsk-Mazursk sərhəd məntəqəsində azərbaycanlıların hərəkət etdiyi «Volksvaqen» avtomobilinə baxış keçirərkən 31 min qutu siqaret aşkarlanıb.
Məlumata görə, qaçaqmalın ələ keçirildiyini görən azərbaycanlılar sərhəd məntəqəsinin zabitinə 800 avro rüşvət təklif ediblər. Həmin zabit isə ona rüşvət təklifi barədə müvafiq quruma xəbər verib. Bundan sonra rüşvət təklif edənlər istintaqa cəlb ediliblər.