Polislər Bakıdan qaçqınlara 64 min manat pul göndərdi
15 mart 2013 16:34 (UTC +04:00)

Polislər Bakıdan qaçqınlara 64 min manat pul göndərdi

Bütün bayramlarda olduğu kimi Novruz ərəfəsində də daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-nin təmsilçiləri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüş bu gün keçirilib. Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitilərinin, rifah hallarının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Polis general-leytenantı Əsgər Ələkbərov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayram münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdıraıb.

 

Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlətimizin başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib. Sonra respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 64,5 min manatın 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb. Bundan əlavə, sözügedən vəsaitin qalan 24,5 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar