İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Lent. az-ın məlumatına görə, mərasimdə prezident İlham Əliyev də iştirak edib. Polis Akademiyasına gələn dövlət başçısına daxili işlər naziri, general-polkovnik Ramil Usubov raport verib.
Prezident İlham Əliyev Heydər Əliyevin Akademiyanın baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub. Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. Prezident Mərkəzdə yaradılmış şəraitlə tanış olub, DİN-in əməkdaşları ilə görüşüb.
Prezident tədbirdə çıxış edib.
Daha sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.