Sentyabrın 12-də saat 06 radələrində Nəsimi rayonu, Dəniz küçəsində 2 naməlum şəxs özlərini şübhəli apardıqlarına görə, Nəsimi Rayon Polis İdarəsi Polis Patrul Xidməti Bölməsinin əməkdaşları onlara yaxınlaşıblar.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu zaman həmin şəxslərdən biri pnevmatik tapançadan havaya 2 dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Orxan Əlizadə tutulub. Orxan Əlizadədən pnevmatik tapançaya aid 38 ədəd patron götürülüb. Digər şəxsin tutulması üçün tədbirlər görülür. Araşdırma aparılır.