“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb.
Bu barədə APA-ya dindarlar məlumat verib. Onların sözlərinə görə, bu gün A. Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb.
Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya A. Rəcəbovun saxlanılması təsdiqlənib.
Lakin bu barədə əlavə açıqlama verilməyib.