Polis mayoru intihar etdi
20 may 2013 22:58 (UTC +04:00)

Polis mayoru intihar etdi

Lənkəran sakini intihar edib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə mayın 20-də saat 18.35 radələrində qeydə alınıb.

 

Şəhərin Hənifə Abdullayev küçəsi, ev 4, mənzil 9 ünvanında yaşayan, 1960-cı il təvəllüdlü Təbriz Zakir oğlu Quliyev elə mənzilindəcə özünü asıb.

 

Mərhumun uzun müddət polis orqanlarında çalışdığı bildirilir. O, polis mayoru rütbəsində təqaüdə çıxıb.

 

Hadisənin başvermə səbəbləri barədə hələlik məlumat verilmir.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1748
avatar

Oxşar yazılar