
Polis “Jiquli”dən narkotik tapdı
Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a daxil olan məlumata görə, əməliyyat tədbirləri nəticəsində Balakən rayonu, Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi və sərnişin qismində həmin avtomobildə əyləşən həmkəndlisi Bəhruz Qardaşov olan “VAZ 2106” markalı avtomobil rayon ərazisində saxlanılıb.
Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən 1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Mehman Nəbiyev
Oxşar yazılar

Şərurda 54 yaşlı kişi öldürüldü
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05