Pərviz Həşimli məhkəmədə son söz dedi
14 may 2014 18:54 (UTC +04:00)

Pərviz Həşimli məhkəmədə son söz dedi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, prosesdə Pərviz Həşimli son söz deyib.

 

O, özünü təqsirli bilmədiyini söyləyib.

 

Təvəkkül Qurbanov da son söz deyib.

 

Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

 

Hökm sabah elan olunacaq.

 

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949
avatar

Oxşar yazılar