Pərviz Həşimliyə 8 il həbs
15 may 2014 12:20 (UTC +04:00)

Pərviz Həşimliyə 8 il həbs

0

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Xatırladaq ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1650

Oxşar yazılar