Paytaxtda keçmiş polis bıçaqlandı
20 avqust 2015 02:59 (UTC +04:00)

Paytaxtda keçmiş polis bıçaqlandı

0

Gecə  saatlarında  Bakının Xətai  rayonunda  keçmiş polis əməkdaşı bıçaqlanıb. APA-nın məlumatına görə, təcili  tibbi  yardım  avtomobili  ilə  3 saylı  Şəhər Kliniki Xəstəxanaya içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub. Əməliyyat olunan yaralının   həyatı  xilas edilib.

 

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar  nəticəsində yaralının  33 yaşlı  Samir  Cəfərov  olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu  metronun  "Əhmədli"  stansiyasının  qarşısında  tanımadığı  şəxs  bıçaqlayıb.

 

Faktla bağlı  Xətai  rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar