Paytaxtda 4 maşın toqquşdu
08 yanvar 2015 07:31 (UTC +04:00)

Paytaxtda 4 maşın toqquşdu

APA-nın məlumatına görə, qəza  Azadlıq prospekti ilə Nəsib bəy  Yusifbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

 

Kimliyi məluma olmayan  “Hyundai Sonata” markalı avtomobilin sürücüsü  işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Sürət yüksək olduğu üçün  idarəetməni itirən sürücü maşını əvvəlcə  “KİA” markalı avtomobilə, daha sonra "Mercedes"ə çırpıb. "Mercedes" də qarşısında dayanan "Niva" markalı avtomobilə arxadan dəyib. Sükana sahib ola bilməyən "Hyundai"ın sürücüsü avtomobili daha sonra yaşayış binasının qarşısında olan qaz xəttinə çırpıb.

 

Baş verən qəzada "Hyundai"ın sürücüsü xəsarət alıb. Qaz xəttində yaranan problemi aradan qaldırmaq üçün hadisə yerinə  "Azəriqaz"ın əməkdaşları cəlb olunub. Yararsız vəziyyətə düşmüş avtomobillər ərazidən uzaqlaşdırılıb.  Qəzanı törədən sürücüyə hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları ilkin yardım göstərib. Daha sonra o,  izahatı alınması üçün Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151

Oxşar yazılar