Partiyalar əsgər Qubadovun ölümündə günahkarların cəzalandırılmasını istəyir
10 yanvar 2013 20:11 (UTC +04:00)

Partiyalar əsgər Qubadovun ölümündə günahkarların cəzalandırılmasını istəyir

Bu gün Müsavat və Demokratik İnkişaf partiyaları Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölüm faktı ilə əlaqədar bəyanatlarla çıxış ediblər.

 

APA-nın xəbərinə görə, bəyanatlarda qeyd olunub ki, müharibə aparan bir ölkənin əsgərinin xidmət zamanı müəmmalı şəkildə dünyasını dəyişməsi, Azərbaycan Silahlı Qüvvələrinin imicinə xələl gətirməklə yanaşı, ölkədə ruh düşkünlüyünün yaranmasına da səbəb olur: “Ordu sıralarına çağırılan hər bir vətəndaşın orduya əminliklə getməsi, övladını orduya yola salan hər bir valideynin, onun oğlunun silahlı qüvvələrdə ölməyə deyil, yüksək hərbi biliklərə, fiziki sağlamlığa yiyələnəcəyindən əmin olması üçün bu cür hallar aradan qaldırılmalıdır”.

 

Həmçinin əsgər Ceyhun Qubadovun ailəsinin oğullarının zorakı üsullarla qətlə yetirildiyi barədə iddialarının araşdırılması tələb edilib, müvafiq dövlət orqanlarının bu hadisə ilə bağlı ciddi araşdırma aparmalı olduğu, günahkarların cəzalandırılmasının vacibliyi vurğulanıb.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişməsi barədə məlumat yayılıb. Əsgərin anası Samirə Qubadova oğlunun döyülərək öldürüldüyünü bildirib. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını və video görüntüsünü yayıblar.

 

Ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1765
avatar

Oxşar yazılar