Pakistan ordusunun döyüş təyyarələri Əfqanıstan sərhədindəki Orakzaidə taliban yaraqlılarına qarşı əməliyyat keçirib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 15 terrorçu öldürülüb.
Pakistan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, Əfqanıstanla sərhəddə terrorçulara məxsus xeyli sayda sığınacaq var.
Qeyd edək ki, hücum nəticəsində talibanın komandirlərindən biri olan Məhəmməd Refik də öldürülüb.