Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlib
17 aprel 2014 11:35 (UTC +04:00)

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlib

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Bat Azərbaycana səfərə gəlib. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət edib.

 

Sonra qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyası və Təlim Tədris Mərkəzinə gedib, orada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Qonaqlara hərbi təhsil müəssisələrinin tarixi haqqında məlumat verilib.
 

Aprelin 19-dək davam edəcək səfər proqramı çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri də planlaşdırılır.

# 307
avatar

Oxşar yazılar